İnsanlara hürriyət, millətlərə istiqlal!

Gorusda atışma - yaralı var

859 05.02.2024 17:00 Son xəbər A A

Gorusda baş verən atışma nəticəsində Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın təhlükəsizlik rəhbərinin qardaşı Alik Abramyan yaralanıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumatlı mənbənin sözlərinə görə, atışma illərlə davam edən düşmənçilik nəticəsində baş verib.

Bundan əvvəl yerli media xəbər vermişdi ki, fevralın 2-də baş verən insident zamanı 39 yaşlı Sünik sakini Mher Musaelyan avtomatdan 49 yaşlı Nikolay Abramyanın UAZ markalı avtomobili istiqamətində atəş açıb. Abrahamyanın qardaşı 41 yaşlı Alik müdaxilə etməyə çalışıb. Ayağından güllə yarası alan şəxs xəstəxanaya çatdırılıb.

22 yaşlı Narek Abramyan avtomatı Musaelyanın əlindən ala bilib. Odlu silahsız qalan şəxs bıçağı yelləməyə başlayıb və onu da həmin vaxt hadisə yerinə gələn təcili tibbi yardım maşınının sürücüsü Ara Abramyan götürüb.

Hadisə yerindən gilizlər, patronlar götürülüb. Hazırda polis M.Musaelyanı axtarır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR