İnsanlara hürriyət, millətlərə istiqlal!

“Görünür, son ukraynalıya qədər Rusiya ilə döyüşməyə qərar veriblər”

767 22.06.2023 18:53 Siyasət A A

“Qərb Ukraynaya əlavə texnika verə bilər, lakin səfərbərlik ehtiyatının sonu var”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda bildirib.

O, müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ukrayna qoşunlarının texnika və şəxsi heyətdəki itkiləri barədə səsləndirdiyi məlumatları belə şərh edib:

“Bunun ilkin məlumatlar olduğunu başa düşürəm, çünki döyüş meydanında hər şeyi sona qədər görmək mümkün deyil, amma ümumiyyətlə başa düşüləndir. Buradan belə nəticəyə gəlmək olar ki, texnikanı, əlbəttə ki, əlavə çatdırmaq olar, lakin səfərbərlik ehtiyatı sonsuz deyil”.

“Görünür, Ukraynanın qərb müttəfiqləri həqiqətən də son ukraynalıya qədər Rusiya ilə döyüşməyə qərar veriblər”, - deyə Prezident vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR