Sankt-Peterburq limanında gömrük əməkdaşları Aletay dəmir meteoritinin 2,5 tonluq fraqmentinin Rusiyadan Böyük Britaniyaya qanunsuz çıxarılmasının qarşısını alıblar.
Musavat.com xəbər verir ki, yük konteynerlərin skan edilməsi zamanı aşkar edilib.
Məlumata görə, meteorit fraqmenti Rusiyaya Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən birindən gətirilib. İxrac zamanı isə yük “landşaft dizaynı üçün heykəl” kimi bəyan edilib. Gömrük orqanları isə onu strateji əhəmiyyətli mal kimi qiymətləndirib.
Ekspertlərin hesablamalarına əsasən, meteorit fraqmentinin dəyəri 323 milyon rubl təşkil edir. Faktla bağlı strateji əhəmiyyətli malların qaçaqmalçılığı maddəsi üzrə cinayət işi başlanılıb.
Qeyd olunur ki, meteoritin daşındığı konteynerin kimə məxsus olduğu açıqlanmır. Araşdırmalar davam etdirilir.
Musavat.com







