İnsanlara hürriyət, millətlərə istiqlal!

Ğəzalə Şarməhd Almaniya hökumətinin İranla “sövdələşməsini” tələb etdi

354 18.05.2023 16:06 Son xəbər A A


İran məhkəməsinin ölüm hökmünü təsdiqlədiyi ikili vətəndaşlığa malik siyasi məhbus Cəmşid Şarməhdinin qızı Ğəzalə Şarməhd atasının həyatını xilas etmək üçün Almaniya hökumətinin İran ilə “sövdələşməyə” getməsini istəyib.

AzVision.az Almaniyannın “D.P.A.” xəbər agentliyinə istinadən bildirir ki, xanım Şarməhd bu istəyini “Welt” televiziyasına müsahibəsində açıqlayıb.

“Atamın edam astanasında olduğu indiki vəziyyətdə İran rejimi ilə sövdələşmədən başqa yol yoxdur” , - siyasi məhbusun qızı deyib.

Siyasi fəal və radio aparıcısı, Cəmşid Şarməhd 2020-ci ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Dubayda İranın təhlükəsizlik agentləri tərəfindən qaçırılaraq İrana aparılıb.

İranın rəsmi mediası və təhlükəsizlik qurumları bu ikili vətəndaşı Amerikada İran Krallığı Assosiasiyasına bağlı olan “Thunder Group” media orqanının rəhbəri kimi təqdim ediblər. Cəmşid Şarməhd İran məhkəmələrində “yer üzündə fəsad”-da ittiham olunub. Bu yaxınlarda isə Cəmşid Şarməhdin ölüm hökmünün Ali Məhkəmə tərəfindən təsdiqləndiyi barədə məlumat yayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR