İnsanlara hürriyət, millətlərə istiqlal!

Getdiyi parkda həyatının şokunu yaşadı - Tapdığı əşya GÖRÜN NƏ İMİŞ

1940 25.01.2024 17:13 Dünya A A

Parisdə yaşayan Julien Navas adlı turist Floridada raket buraxılışının şahidi olmaq üçün ABŞ-a gedib. New Orleansa ziyarət etmək istəyən turist Arkanzas əyalət parkında dayanıb marşrutunu bura çevirərkən 

Musavat.com xəbər verir ki, o, "Crater of Diamonds State Park" haqqında eşidib və ora getməyə qərar verib.

"Crater of Diamonds State Park" bölgənin ən böyük turistik yerlərindən biridir. 911 hektar ərazidə indiyədək minlərlə almaz aşkar edilib. Kürək və vedrə kimi avadanlıqların icarəyə götürüldüyü parkda insanlar "brilyant ovu"na çıxa bilərlər.

Əvvəllər qızıl və ammonit qalıqları axtaran Navas günlər əvvəl yağan güclü yağışdan sonra avadanlıq icarəyə götürüb və yeri qazmağa başlayıb. O, palçıqdan çıxardığı mərmərə bənzər əşyanın 7,46 karatlıq bir almaz olduğunu öyrənib.

Crater of Diamonds Dövlət Parkı tərəfindən verilən açıqlamaya görə, saqqız böyüklüyündəki almaz parkın açılışından bəri səkkizinci ən böyük kəşfdir. Tapdığı əşyanın brilyant olduğunu öyrənəndə şoka düşən Navas çox xoşbəxt olduğunu bildirib.

Almazı iki yerə bölərək yarısını nişanlısına, yarısını qızına vermək istədiyini deyən fransalı turist, qızı ilə yenidən parka gəlmək istədiyini qeyd edib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR