İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gent”-“Qarabağ” oyununun hakimləri bəlli olub

660 21.02.2023 16:47 İdman A A

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Gent”-“Qarabağ” matçının hakimləri məlum olub.

Musavat.com xəbər verir ki, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Uilyam Kollama olacaq. Şotland referini Frensis Konnor və David Roome müşayiət edəcəklər.

İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda baş tutan ilk görüşdə “Köhlən atlar” rəqibi minimal hesabla məğlub etməyi bacarıb. Cavab qarşılaşması fevralın 23-də “Gent”də baş tutacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR