İnsanlara hürriyət, millətlərə istiqlal!

General-mayordan mühüm açıqlama: “Ordumuzun müdafiə potensialı artırılmalıdır”

765 02.07.2026 11:38 Ölkə A A

“Əfqanıstanı ən son tərk edən Azərbaycan və Türkiyə sülhməramlıları olub”.

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində bildirib.

General-mayor qeyd edib ki, beynəlxalq missiyalarda Azərbaycan silahlı qüvvələrinin iştirakı beynəlxalq təşkilatlar tərəfindən hər zaman yüksək qiymətləndirilib:

“Hərbçilərimiz hər zaman yüksək peşəkarlıq nümayiş etdiriblər. Bu, təkcə beynəlxalq öhdəliklərin yerinə yetitirilməsi deyil, həmçinin yeni əməkdaşlıq imkanlarının yaradılması deməkdir. Hazırda dünyada müşahidə edilən təhlükəsizliyin yüksək dinamikası ordumuzun müdafiə potensialının artırılmasını labüd edir. Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğu, ordu modernizasiyası ilə bağlı islahatlar davam edir. Bu islahatlar sülhməramlı qüvvələrin hazırlıqlı olması baxımından onları da əhatə edir”, - deyə, general-mayor vurğulayıb.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR