İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclik”də YANĞIN olub?

1285 01.04.2023 19:08 Hadisə A A

Sosial şəbəkələrdə bu gün “Gənclik” metrosunda yanğın olması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.

Qurum rəsmisi bildirib ki, bu gün metropolitendə hər hansısa bir neqativ hal yaşanmayıb:

“Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır. Dünən Bakı metropoliteninin “Gənclik” stansiyasında sərnişinin əlindən iki kimyəvi təmizləyici vasitə yerə düşdüyü üçün reaksiya nəticəsində alışma baş verib. Bu gün isə qatarların hərəkət qrafikinə ciddi şəkildə əməl olunması da daxil olmaqla metroda neqativ hallar yaşanmayıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR