İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər arasında xərçəng xəstəliyinin YAYILMASININ SƏBƏBİ

836 03.04.2024 18:02 Gündəm A A

Gənclər arasında xərçəng xəstəliyinin yayılmasının səbəbi düzgün olmayan qidalanma, sosial izolyasiya və zərərli vərdişlər, antibiotik istifadəsi ilə əlaqəli bağırsaq bakteriyalarında dəyişikliklər ola bilər.

Bu barədə “Daily Mail” qəzeti ABŞ Milli Səhiyyə İnstitutunun ekspertlərinə, britaniyalı, avstraliyalı və amerikalı onkoloqlara istinadla məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, Böyük Britaniyada 1990-2018-ci illərdə 25-49 yaş arası insanlar arasında xərçəngə yoluxma halları yüzdə 22 faiz artıb. Döş, kolorektal, ağciyər, qalxanabənzər vəzi və reproduktiv orqanların xərçəngi “cavanlaşıb”.

Amerikalı onkoloq Veda Geary-nin fikrincə, xəstəliyin artması qismən həyat tərzi faktorları ilə bağlı ola bilər. Edinburq Universiteti alimlərinin araşdırma nəticələrində siqaret, spirtli içki qəbulu, həmçinin qırmızı ət və yüksək duzlu qidaların gənc yaşda xərçəngə tutulma ehtimalını artırdığı qeyd edilib.

Tədqiqatçı Daniel Buchanan qeyd edib ki, bağırsaq mikrobiomunda patoloji dəyişikliklər 45 yaşdan kiçik insanlar daha az aşkar səbəb ola bilər: “Orqanizmdə bəzi zərərli bakteriyaların çoxalması iltihabi proseslərə gətirib çıxarır və immun sisteminin yad hüceyrələrə qarşı mübarizə qabiliyyətini pisləşdirir. Çox vaxt bu dəyişikliklər kolon xərçənginin səbəbi olur”.

Alimlərin fikrincə, bu, antibiotiklərin daha geniş istifadəsi ilə bağlı ola bilər./Medianews.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR