İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb - Təfərrüat

911 30.01.2023 23:47 Kriminal A A

Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

***

Gəncə şəhərində bir ailənin üç üzvünün bıçaqlandığı hadisənin bəzi təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib. Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən, onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb.

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR