İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə arvadını öldürən kişinin işi ilə bağlı YENİ XƏBƏR

753 05.10.2022 15:10 Kriminal A A

Gəncə şəhərində arvadını qətlə yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Sabir Şabanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Ittihama görə, hadisə bu ilin iyunun 3-də baş verib. Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənova əri Sabir Şabanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə qısqanclıq zəminində baş verib.

İstintaq orqanı tərəfindən Sabir Şabanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR