İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs döyülüb

609 23.11.2022 00:56 Hadisə A A

Gədəbəydə 1963-cü il təvəllüdlü Mehri Cəfərovanı bıçaqlamaqda şübhəli bilinən şəxs döyülərək xəstəxanalıq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Düzyurd kəndində həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 1959-cu il təvəllüdlü Vaqif Valeh oğlu Cəfərov naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, V.Cəfərov həyat yoldaşı, 1963-cü il təvəllüdlü M.Cəfərovanı boynundan bıçaqlayaraq ona xəsarət yetirməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR