İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə 2 avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

509 15.06.2022 23:47 Hadisə A A

Gədəbəydə beşi bir ailənin üzvü olmaqla 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, Şəmkir rayon sakinləri, 1989-cu il təvəllüdlü T.Qəhramanov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü D.Qəhrəmanov onların övladları, 2018-ci il təvəllüdlü İ.Qəhramanlı, 2013-cü il təvəllüdü A.Qəhramanlı və 2012-ci il təvəllüdlü A.Qəhramanlı həmçinin digər avtomobildə olan, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü R.Abdullayev xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR