İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecələr göyərçin “ovu”na çıxan şəxs KİMDİR? – Polis hərəkətə keçdi – VİDEO

1072 31.01.2023 20:04 Kriminal A A

Paytaxtın Nəsimi rayonunda maraqlı hadisə baş verib.

Musavat.com “ATV xəbər”ə istinadən xəbər verir ki, yanvarın 24-ü gecə saatlarında Paytaxt sakini Anar Ağayevin həyətindən 20 ədəd göyərçin oğurlanıb. Bu barədə zərərçəkənin özü məlumat verib.

Anar Ağayev əvvəllər də başına belə hadisələrin gəldiyini və xeyli sayda göyərçinin oğurlandığını bildirib.

Evinin qarajında saxladığı göyərçinlərin oğurlanması Anar Ağayevə baha başa gəlib. Göyərçinlərin hər birinin 500 azn dəyərində olduğunu deyən zərərçəkən, bu oğurluq əməlini törədən şəxsin sanki məlumatlı olduğunu qeyd edib.

Anar Ağayev əvvəllər oğurlanan göyərçinlərinin aqibəti müəyyənləşməmiş yenidən belə bir hadisə ilə üzləşməsini təsadüfi hadisə kimi görmür.

Paytaxt sakini hadisədən dərhal sonra Nəsimi Rayonu 20-ci Polis bölməsində məlumat versə də hələlik heç bir nəticənin olmadığını bildirib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı Nəsimi Rayonu 20-ci Polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, qanunvericilikdə göyərçin oğurluğu ilə bağlı həm inzibati qaydada cərimə, həm də vurulan ziyanın dərəcəsindən asılı olaraq həbs cəzası nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR