İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə yarısı dəhşət yaşandı - 53 YARALI

810 14.12.2023 14:20 Dünya A A

Rusiya yerli vaxtla gecə saat 03:00 radələrində Ukraynanın paytaxtı Kiyevi 10 ballistik raketlə vurmağa cəhd edib.

Musavat.com xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun açıqladığı məlumata görə, dünən gecə Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi raket hücumlarında Ukraynanın vurduğu raketin hissələri paytaxtın müxtəlif bölgələrində və rayonlarında xəstəxana, uşaq bağçası və yaşayış binasına düşüb.

Hadisə nəticəsində 6-sı uşaq olmaqla, ümumilikdə 53 nəfər yaralanıb.

"Gecə baş verən hücumda ümumilikdə 53 nəfər yaralanıb. Onlardan ikisi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində 33 nəfərə tibbi yardım göstərilib. Onların arasında 6 uşaq da var. Ballistik raketin hissələri Dnepr bölgəsində yaşayış binasının bağçasına düşüb. Nəticədə həm evə, həm də yaxınlıqdakı uşaq bağçasına ziyan dəyib. Həyətdə dayanmış avtomobillər yanıb, yaxınlıqdakı evlərin və məktəbin şüşələri partlayıb" - Kliçko açıqlamasında deyib.

6579be77c03c0e247cafaedb.jpg (84 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR