İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 və Avropa İttifaqı Rusiya aktivlərini Ukraynaya kredit almaq üçün girov qoymaq istəyirlər

318 04.02.2024 23:53 Dünya A A

Yeddilik Qrupu (G7) və Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün girov kimi istifadə imkanlarını müzakirə edir.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, G7 və Aİ Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən 250 milyard dollardan çox istifadə etmək planını müzakirə edir.

Mənbələrin "Bloomberg"ə verdiyi təklif layihəsinə görə, Ukraynanın müttəfiqləri onun borclarını dondurulmuş Rusiya aktivlərini girov kimi istifadə edərək sata bilər.

Agentlik yazır ki, belə bir qərarın tərəfdarları hesab edirlər ki, münaqişənin istənilən həlli Rusiyanın Ukraynaya dəymiş ziyana görə kompensasiya ödəməsinə gətirib çıxaracaq və bundan imtina edərsə, dondurulmuş aktivləri ilə bağlı iddialara məruz qala bilər.

"Bloomberg" vurğulayır ki, bu variant hazırda yalnız müzakirə səviyyəsindədir və hələlik siyasi qərar verilməyib.

Yanvarın 30-da Aİ ölkələrinin səfirləri Rusiya aktivlərindən əldə edilən gəlirlərin xüsusi hesablara köçürülməsi qərarı ilə bağlı ilkin razılığa gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR