İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 Rusiya neftinin qiymət tavanına yenidən baxmayacaq

457 06.09.2023 14:23 İqtisadiyyat A A

G7 və müttəfiqləri dünyada neft qiymətlərinin artması səbəbindən Rusiya neftinin böyük hissəsinin qiymət tavanından yuxarı satılmasının qarşısını ala bilmir. Ona görə də qiymət tavanına yenidən baxılması mexanizmi işləmir.

Musavat.com “Reuters”ə istinadən bildirir ki, Rusiya neft şirkətləri məhsulu G7 və Avropa İttifaqının yurisdiksiyasından kənarda qeydiyyatda olan şirkətlərə sığortaladır, nəzarət imkanı olmayan gəmilərlə daşıyırlar.

Buna görə də onlar neft və neft məhsullarını müəyyən olunan tavandan yüksək qiymətə sata bilirlər.

G7 mart ayından bəri tavana baxmayıb. Müzakirələrlə tanış olan 4 mənbənin agentliyə dediyinə görə, iyun-iyulda qiymət tavanına yenidən baxılması ilə bağlı kiçik müzakirələr olsa da, proses bundan uzağa getməyib. Mənbə bəzi Aİ ölkələrinin bu düzəlişdə maraqlı olsalar da, ABŞ və G7 üzvlərinin dəyişiklik etmək istəyinin az olduğunu bildirib.

“Reuters”in hesablamalarına görə, ən azı 40 vasitəçi, o cümlədən əvvəllər bizneslə məşğul olmayan şirkətlər mart-iyun ayları arasında Rusiyanın ümumi neft və neft məhsulları ixracının ən azı yarısını idarə edib. Sahibləri bəlli olmayan tankerlərin qaranlıq donanması hazırda Rusiya neftinin daşınması üçün istifadə edilsə də, Qərb gəmiləri hələ də məhsulların daşınmasında iştirak edir, çünki onlara nəzarət etmək daha çətindir.

London Fond Birjasının (LSEG) məlumatına görə, Rusiya nefti iyulun ortalarından etibarən tavandan yuxarı ticarətə başlayıb və hazırda Rusiya xam nefti terminallarda təxminən 67 dollar/barelə satılır. Xam neftlə yanaşı, mazut və dizel kimi neft məhsulları da tavandan yuxarı ticarət olunur.

Xatırladaq ki, Rusiya neftinə qiymət tavanı 2022-ci ilin dekabrından, neft məhsullarına isə fevraldan tətbiq olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR