İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçular arasında insident, "Neftçi" azarkeşləri "Qarabağ"ın qapısına fişəng atdı - VİDEO

721 28.02.2023 00:23 Hadisə A A

Misli Premyer Liqasının XXIV turu üzrə keçirilən "Qarabağ" - "Neftçi" matçında insident baş verib.

Musavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, ev sahiblərinin bərabərlik qolundan sonra "ağ-qaralar"ın qapıçısı İvan Brkiç topu rəqibə vermək istəməyib. Bu, "Qarabağ" futbolçularını özündən çıxarıb və xorvatiyalı qolkiperlə mübahisə ediblər. 

Daha sonra isə "Neftçi" azarkeşləri  Luka Quqeşaşvilinin qapısının arxasına pirotexniki vasitələr atıblar. Kapitan Emin Mahmudov tribunadakılara müraciət edib, sakitləşməklərini xahiş edib. 

Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR