İnsanlara hürriyət, millətlərə istiqlal!

Fuad Muradovdan Rostov və Voronejdə yaşayan azərbaycanlılarla bağlı AÇIQLAMA

1235 24.06.2023 16:48 Son xəbər A A

"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbaycanlılarla daim əlaqədədir".

Musavat.com xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

O qeyd edib ki, orada olan soydaşlarımız təlimatlandırılıb:

"Hələlik onların həyati təhlükəsi yoxdur.Sadəcə Rostovda bildiriş verilib ki, heç kəs evdən çıxmasın. Onlar da bu təlimata əməl edirlər. Soydaşlarımızdan onlara kömək lazım olub-olmadığı soruşulub.

Voronejdə isə hələ ki təhlükəli vəziyyət yoxdur. Ona görə orada yaşayan soydaşlarımıza evdən çıxıb-çıxmamaqla bağlı xəbərdarlıq edilməyib. Biz daim əlaqədəyik, nəzarətdə saxlayırıq. Nəsə müraciət olsa, digər qurumlarla müzakirə edərək orada yaşayan azərbaycanlılara nə etmək lazımdırsa, edəcəyik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR