İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız Polineziyası nümayəndəsi: Fransanın nüvə sınağının əziyyətini biz çəkirik

346 30.05.2024 19:21 Dünya A A

Fransanın nüvə sınağının əziyyətini yerli xalq, yəni biz çəkirik.

“Report” xəbər verir ki, bunu Fransız Polineziyası Assambleyasının Təhsil, Gənclər və İdman Komissiyasının sədri Heinui Le Kaill parlamentdə mayın 30-da keçirilən "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransanın həyata keçirdiyi nüvə sınaqları Polineziyada xəstələrin sayına ciddi təsir göstərib:

“Şüa səbəbilə xəstələrin sayı artıb. Fransanın nüvə sınağının əziyyətinin yerli xalq, yəni biz çəkirik. Biz nüvə sınağı aparan Fransadan öhdəliklərini yerinə yetirməyi tələb etmişik. Onlar nüvə sınağını iradəmizin əksinə olaraq, bizim ərazilərimizdə keçirirlər”.

Heinui Le Kaill vurğulayıb ki, 1985-ci ildən bəri şüadan əziyyət çəkən insanların sağalması üçün 910 milyon avro vəsait xərclənib, ancaq onların 51 faizi həyatını itirib:

“Burada Fransanın bizə heç bir dəstəyi yoxdur. 1966-cı ildə birinci dəfə nüvə atışı edərkən həmin ərazidə 100 min adam var idi, Fransa öz əhalisini qorumaq üçün nüvə sınağını bizim ərazilərimizdə həyata keçirmişdi və biz bir növ qurban verilmişdik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR