İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransanın Qazaxıstanda belə bir addım atması təəccüblüdür” - RƏY

5295 01.11.2023 16:53 Siyasət A A

“Qazaxıstan Qərbə doğru meyllənir. Bu məsələdə siyasi və digər motivləri nəzərə almır”.

Bunu Musavat.com-a politoloq Qabil Hüseynli deyib.

qabil.jpg (172 KB)

O bildirib ki, Fransa Avropa miqyasında AES-lərin istehsalı sahəsində təcrübəsi olan ölkədir və sərmayəsini Orta Asiya respublikalarına yaymağı qərarlaşdırıb:

“Xüsusilə Qazaxıstanda uran istehsalı yüksək səviyyədədir. Qazaxıstanda böyük həcmdə uran ehtiyatı var. AES-in tikilişi həm də uranın Fransaya göndərilməsi məsələsini gündəmə gətirir. Bu barədə də razılaşma ola bilər. Dünyanın AES-dən imtina etdiyi zamanda Fransanın Orta Asiya respublikası olan Qazaxıstanda AES tikməyə çalışması alqışlana bilməz. Hazırda yaşıl enerjidən istifadə, alternativ enerjilərin dövriyyəyə buraxılması gündəmdədir. Almaniyada Rusiya ilə münasibətlər gərgin olana qədər bütün AES-lər bağlanmışdı. Kəskin enerji qıtlığına baxmayaraq, 2-3 stansiyanın yenilənməsinə icazə verdilər. Ətraf mühitin qorunması, ekoloji tarazlıq naminə kəskin addımlar atılmadı. Fransanın ən fəal türk dövlətlərindən birində belə bir addım atması təəccüblüdür.

Qazaxıstan rəhbərliyi AES üçün Rusiyadan da yararlana bilərdi, amma yəqin ki, rus texnologiyası köhnəldiyi üçün imtina edilib. Üstəlik, Çernobıldakı qəza bütün dünya üçün ibrət dərsi oldu. Hər bir halda Tokayev Fransa ilə əlaqələrin genişləndirilməsinin tərəfdarıdır. Fransa da siyasi təsirini artırmaq üçün iqtisadi-siyasi xarakterli gedişlər edir”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Qazaxıstana səfər edib. Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib ki, Qazaxıstan Fransanın EDF şirkəti ilə AES-in mümkün tikintisilə bağlı danışıqlar aparmağa hazırdır: “EDF AES-in tikintisi üçün potensial təchizatçılar hesab edilən şirkətlərin qısa siyahısına daxil edilib. Əgər Fransa tərəfi iştirakla bağlı danışıqlara başlasa, biz bu danışıqları aparmağa və onların bütün suallarını cavablandırmağa hazırıq”.

Nigar,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR