İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Orta Asiyaya marağının SENSASİON SƏBƏBİ

1260 29.10.2023 18:18 Siyasət A A

Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana səfəri gözlənilir.

Makron bu ölkələrlə əlaqələri inkişaf etdirmək və ya digər birgə maraq kəsb edən təşəbbüslərlə çıxış etmək məqsədi güdmür. Bəzi ekspertlər hesab edirlər ki, Makron Qazaxıstan və Özbəkistana uran dalınca gedir.

badam.jpeg (279 KB)

Millət vəkili Azər Badamov Musavat.com-a şərhində bildirib ki, tranzit quru yolu nəqliyyatı olan ölkələrlə diplomatik səviyyədə nəzərəçarpan gərginlik Fransanı çətin vəziyyətə salıb.

A.Badamov hesab edir ki, Fransa alternativ uran təchizatçısı axtarışındadır:

"Makronun səfərinin məqsədinin Orta Asiya ölkələri ilə enerji və digər sahələr üzrə əməkdaşlıq qurmaq olduğu bildirilir. Afrika ölkələrindən qovulan Fransa müstəmləkəçiliklə talan etdiyi uranın tədarükündən məhrum olub. O cümlədən Misirə səfəri çərçivəsində başına yumurta dəyəndən sonra deyəsən Makronun ağlı başına gəlib. Emmanuel Makronun biabırçı vəziyyətə düşməsi müsəlmanlara qarşı olan düşmən münasibətindən irəli gəlir. Makronun gözü müsəlman və türk ölkələrin inkişafını götürə bilməsə də, yenə də elə türk dövlətlərinə minnətçi düşməsinə məcbur olur. Makron istəyir ki, Orta Asiyadan uran tədarük etsin. Uranın hava nəqliyyatı ilə daşınması qadağandır. Quru yolların sahibi ölkələrlə də Makron hakimiyyəti qərəz və düşmənçilik yaşayır. Orta Asiya ilə Avropanı birləşdirən əsas marşrut Rusiya ərazisindən keçirdi. Rusiya öz infrastrukturunu Fransanın üzünə bağlayıb. Digər alternativ marşrut isə Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Orta Asiyadan uran tədarük edəcəyi təqdirdə onun boğazı Azərbaycanın əlinə düşür. İndi Azərbaycan istəsə öz ərazisindən Fransaya uranı buraxacaq, istəməsə yox".

Millət vəkili onu da bildirib ki, Fransa heç zaman Makronun hakimiyyəti dövründə olduğu qədər hörmətdən düşməyib:

"Makron hakimiyyətinin islamofob və türkfob siyasəti nəticəsində Fransaya dəyən zərərin fəsadlarının aradan qaldırılması üçün fransızlara uzun illər lazım olacaq. Məhz elə indidən Fransa sosial partlayış astanasındadır. Fransızların Makrona etimadı minimuma düşüb. Bu, bir daha Makronun öz xalqını arxasınca apara biləcək lider olmadığını göstərir. Makronun nə beynəlxalq siyasət və diplomatiyadan başı çıxır, nə də ölkəsinin iqtisadiyyatını qoruya bildi. Onun səriştəsizliyi Fransanı inkişafdan 100 illərlə geri salıb. Makron Fransası başa düşməlidir ki, səfalət içində batan Ermənistanla yoldaşlıq edəndə özü də səfalətə batacaq. İnkişaf edən türk dövlətləri ilə dostluq etsən, gələcəyə işıqlı yol görərsən. Ona görə də Makron Orta Asiya ölkələrinə səfər edib minnətçi düşdüyü kimi, Ermənistandan Zəngəzur dəhlizinin açılmasını da tələb etməlidir. Məhz Orta Dəhlizin genişlənməsi sayəsində Avropanın Asiyadan malları idxal etməyə yolu açılar və düşdüyü vəziyyətdən qurtara bilər".

NATİQ.jpg (30 KB)

İqtisadçı-ekspert Natiq Cəfərli isə Musavat.com-a şərhində deyib ki, Qərbin Orta Asiya ölkələrinə marağının artması təbiidir.

Ekspert qeyd edib ki, Rusiyanın zəifləməsi fonunda Orta Asiyada təhlükəsizlik konsepsiyalarının axtarışı davam edir: "Qazaxıstan, Özbəkistan, Qırğızıstan üçün də bu, aktualdır. Qərb dövlətləri bölgəni Rusiyanın təsirindən çıxarmağa çalışırlar. Amma ticarət maraqları amili də önəmlidir. Fransa ən çox AES olan ölkələrdən biridir. Buna görə də urana ehtiyacı var. Əvvəl bu ehtiyac Afrika ölkələri vasitəsilə təmin edilirdi, amma hərbi çevrilişlərdən sonra münasibətlər korlandı. Odur ki, yeni təchizatçılar lazımdır. Onlardan biri Qazaxıstan ola bilər. Qazaxıstan uran istehsalına görə dünyada ilk beşliyə daxildir. Daşıma və satışla bağlı müqavilələr bağlanacaqsa, bu, Qazaxıstan məhsulunun Fransaya satışı deməkdir.

Qazaxıstanla Azərbaycanın çox gözəl münasibətləri var. Fransa ilə münasibətlərimiz gərgin olduğu üçün daşıma ilə bağlı qadağa qoyula bilməz. Tranzitdən gələn gəliri nəzərə alsaq, bu, real deyil".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR