İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Baş naziri parlament seçkilərindən sonra Makronun istefasını istisna edib

553 23.06.2024 02:42 Dünya A A

Fransanın Baş naziri Qabriel Attal növbədənkənar parlament seçkilərindən sonra ölkə prezidenti Emmanuel Makronun istefasını istisna edib.

Bu barədə Attal “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Nəticə nə olursa olsun, prezident vəzifəsində qalacaq. Yeganə sual kimin Baş nazir olacağı və parlamentdə çoxluğu qazanacağıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 9-da Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq qərarına gəlib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.\\report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR