İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada vandallıq: “Mona Liza”nın üzərinə görün nə tökdülər FOTO

904 28.01.2024 15:37 Dünya A A

Parisdəki Luvr Muzeyində ətraf mühit fəalları Leonardo da Vinçinin “La Gioconda” (“Mona Liza”) tablosuna şorba töküblər.

Bu barədə “France Press” məlumat yayıb.

“Bazar günü səhər vandallar ən məşhur tablonu qoruyan zirehli şüşənin üzərinə şorba töküblər. Ətraf mühit fəalları öz hərəkətlərini “sağlam və dayanıqlı qida hüququnu” təşviq etmək istəyi ilə əsaslandırırlar”, - məlumatda deyilir.

2022-ci ilin may ayında əlil arabasında olan parik və papaqlı bir adam Mona Lizaya tort atıb. O, xuliqan hərəkətlərini planeti xilas etmək çağırışları ilə əsaslandırıb.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR