İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada etirazlar - Fermerlər inzibati binaya peyin yığdı VİDEO

514 25.01.2024 15:40 Dünya A A

Fransada fermerlərin etirazları davam edir.

Musavat.com “RenTV”yə istinadən xəbər verir ki, etirazçılar ölkənin cənubunda inzibati binanın girişinə peyin yığıblar.

Yerli KİV-in məlumatına görə, “peyin mitinqi”ndə 600-dən çox fermer 300-ə yaxın traktorla iştirak edib.

Qeyd olunub ki, peyin binanın qapılarını bağladığı üçün solçu millət vəkili Katrin Kutyure və onun komandası ofisi tərk edə bilməyib.

Bundan əvvəl də Limoj şəhərində fransalı traktorçular binanın yaxınlığında zibil və peyin atıblar. Ölkənin cənubunda yerləşən Oksitaniya bölgəsində isə etirazçılar kənd təsərrüfatı texnikası ilə magistral yolları bağlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR