İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ukraynaya 78 artilleriya qurğusu və 80 min mərmi verəcək

594 27.03.2024 00:24 Dünya A A

Fransa Ukraynaya 78 “Sezar” özüyeriyən artilleriya qurğusu (ÖTQ) və on minlərlə mərmi verməyi planlaşdırır.

Associated Press xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Mətbuat konfransı zamanı Lecornu Fransa, Ukrayna və Danimarka arasında “Sezar” 155 mm-lik özüyeriyən haubitsaların maliyyələşdirilməsinə dair razılaşmanı açıqlayıb. O əlavə edib ki, bu, ölkəyə Ukraynanı mümkün qədər tez vaxtda artilleriya ilə təchiz etməyə imkan verəcək.

Nazir 2024-cü ildə Ukraynaya 80 min 155 millimetrlik mərmi tədarükünün hədəfindən də danışıb. O qeyd edib ki, 2022-ci ilin fevral ayından ölkə Kiyevə 30 min mərmi göndərib. Lekornu Fransanın Çexiyanın Ukrayna Silahlı Qüvvələri üçün mərmi almaq təşəbbüsündə də iştirak etdiyini xatırladıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR