İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa səfirindən Füzulidə minaya düşən azərbaycanlı barədə PAYLAŞIM

766 30.05.2022 14:31 Gündəm A A

"Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basaraq yaralanması xəbərini təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm".

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.

"Fransa səfirliyi minatəmizləyənlər üçün detektorlar və alət dəstləri ilə Azərbaycanda minaların təmizlənməsini dəstəkləyir”, - səfir qeyd edib.

Qeyd edək ki, mayın 28-i saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayev minaya düşməsi nəticəsində çoxsaylı qəlpə yarası alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR