İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa səfiri Emin Mahmudovun qolundan danışdı - VİDEO 

1348 19.11.2023 23:10 İdman A A

Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransanın futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə diplomat AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki "Ən yaxşı qol" səsverməsinə münasibət bildirərkən yazıb.

"Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir", - səfir bildirib.

Qeyd edək ki, "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçu Kilian Mbappe sözügedən reytinqdə aşağıdan üçüncü - 198-ci pillədə qərarlaşan Cəbəllüttariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə endirərək fərqlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR