İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa qoşunları Gümrüyə YERLƏŞDİRİLİR - ölüm-dirim savaşında biz nə edirik?

3383 27.02.2024 18:30 Gündəm A A

Bölgədə gərginlik günü-gündən artır. Bəzi Qərb dairələrində, eləcə də Ermənistanda belə fikir formalaşdırmağa çalışılır ki, guya Ermənistanın bəzi əraziləri işğala məruz qala bilər. Bəzi ekspertlərin rəyinə görə, bu yolla Avropa İttifaqı, yaxud NATO hərbçilərinin regiona gətirilməsinə cəhd edilir. Buna görə də Rusiya sülhməramlılarının hələ bir müddət Qarabağda qalmasının Azərbaycana sərf etməsi haqda fikirlərə də rast gəlmək olur.

Qərb hərbi kontingentinin bölgəyə daxil olması bizim üçün niyə arzu olunan sayılmır?

Bundan başqa, Fransa Ermənistanı indiki intensivlikdə silahlandırmağa davam edərsə, bu ölkəni çox ciddi problem gözləyir. Bunu jurnalist Elçin Alıoğlu deyib. “Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfəri baş tutarsa, Fransa da Ermənistanı indiki temp, miqyas və intensivlikdə silahlandırmağa davam edərsə, bu ölkəni yeni, çox ciddi problem gözləyir. Səkkiz kəndimizin işğaldan azad edilməsi və Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminatının reallaşması xeyli sürətlənəcək. Ötən ilin sentyabrın 19-da olduğu kimi, Rusiya bu dəfə də kənar müşahidəçi mövqeyi tutacaq. Qarşıdakı günlərə hazır olaq”, - jurnalist bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edilib. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR