İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa millisinin qaradərili futbolçuları irqçi təzyiqlərə məruz qalıblar

1111 19.12.2022 23:47 İdman A A

Fransa millisinin qaradərili futbolçuları Qətərdəki dünya çempionatının finalında Argentina millisinə məğlubiyyətdən sonra irqçi təzyiqlərə məruz qalıblar.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Kinqsli Koman, Orelyen Çuameni və Randal Kolo-Muaniyə təhqiredici mesajlar yazaraq, onların postlarının altında meymun və banan şəkilləri paylaşıblar.

Bundan sonra Çuameni və Kolo-Muani şərh bölməsini bağlayıb, Koman isə yazılanlara heç bir reaksiya verməyib.

Qeyd edək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) "tanqoçular" 3-cü dəfə dünya çempionu olublar. "Xoruzlar"ın heyətində Randal Kolo-Muani əlavə vaxtda - hesab 3:3 olarkən 100 faizlik qol imkanından yararlana bilməyib. Koman və Çuameni isə 11 metrlik cərimə zərbələri zamanı qeyri-dəqiq oynayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR