İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa İŞİD-in HƏDƏFİNDƏ - Notr-Dam kilsəsini PARTLATMAQ İSTƏDİLƏR

871 31.03.2024 02:49 Dünya A A

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinin (əks-kəşfiyyat) əməkdaşları Parisdə Notr-Dam kilsəsinə hücum planlaşdıran 62 yaşlı misirlini saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Le Journal de Dimanche” qəzeti məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsin “İslam Dövləti” (İŞİD) radikal təşkilatı ilə əlaqəsi var.

Məlumata görə, həmin şəxs martın 5-də saxlanılıb, martın 8-də isə ona qarşı terror təşkilatının fəaliyyətində iştirak etmək ittihamı irəli sürülüb.

Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, son üç həftə ərzində terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər - hər biri ayrıca iş üzrə saxlanılıb. Belə ki, Lilldə ticarət mərkəzinə hücum planlaşdıran 14 yaşlı gənc də daxil olmaqla, saxlanılanların hamısının İŞİD-lə əlaqəli olduğu bildirilir. Kəşfiyyat xidmətindəki anonim mənbə nəşrə bildirib ki, analitiklər İŞİD və ya "Əl-Qaidə" kimi böyük terror təşkilatlarını Parisdə Olimpiya Oyunlarından əvvəl və ya birbaşa olaraq terror aktları hazırlamaqda şübhəli bilirlər.

Xatırladaq ki, fevralın 24-də Fransanın Baş naziri Qabriel Attal Yelisey sarayında “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı Milli Müdafiə Şurasının iclasından sonra ölkə hakimiyyətinin ölkədə terror təhlükəsi səviyyəsini ən yüksək səviyyəyə qaldırdığını açıqlayıb.

İqbal,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR