İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa fələstinli qaçqınlara maliyyə yardımını dayandırıb

284 28.01.2024 18:35 Dünya A A

Paris BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda əli olduğuna dair xəbərlərdən sonra bu qurumun maliyyələşdirilməsini dayandıracaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

Fransa XİN qeyd edib ki, Qəzzada baş verən humanitar fəlakət fonunda Paris yerli əhaliyə humanitar yardımın həcmini xeyli artırıb. Xüsusilə, 2023-cü ildə UNRWA-nın fəaliyyətləri üçün təxminən 60 milyon avro ayrılıb.

“Fransa 2024-cü ilin birinci rübündə hər hansı əlavə ödəniş etməyi planlaşdırmır və vaxtı gələndə Birləşmiş Millətlər Təşkilatı və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərinin nəzərə alınmasını təmin edərək qərar qəbul edəcək", - diplomatik xidmətdən bildirilib.

Bundan əvvəl Böyük Britaniya və Finlandiya UNRWA-nın maliyyələşdirilməsini müvəqqəti dayandırdıqlarını elan ediblər. Eyni zamanda, London Qəzza zolağındakı insanlara yardımın davam etdirilməsini zəruri hesab etdiklərini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR