İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimova müzakirələr səbəb olan arxiv videosundan danışıb

2013 04.05.2022 17:33 Şou-biznes A A


Xalq artisti: "Hansı səbəbdən hind paltarında səhnəyə çıxdığımı bilmirəm"




Xalq artisti Flora Kərimova bu günlərdə sosial şəbəkələrdə yayılan arxiv videosundan yazıb.

Müğənni yeniyetməlik və yaxud gənclik dövründə səhnədə çıxışı zamanı çəkilmiş videosu ilə bağlı xatirələrini bu cür bölüşüb:

"Məcburən İkinci dünya müharibəsinə qatılan və müharibədən 300.000-dən çox itki ilə çıxmış, tükənmiş bir məmləkətin övladı idim. 14 yaşım olardı, bəlkə bir qədər çox. Anam əynimdəki çit donu əlləri ilə tikmişdi. Kimsə də üzərimə sarı dolamışdı, indiyə kimi də bunun səbəbini bilmirəm. O an o səhnədə olmaqdan daha ali bir hiss ola bilməzdi mənim üçün. Rəşid Behbudov, Şövkət Ələkbərova kimi nəhənglər ilə səhnənin arxasında növbəmi gözləyirdim… Tək elə bu, mənə yetirdi ki, həyəcandan heç nə düşünə bilməyim.

Əlbəttə ki, indiki gənclər üçün hər şey asan başa gəlir. Əldə olunan o “asanlıq” nəyin bahasına oldu? Arada vicdanınızı silkələyin! Heç vaxt keçmişimdən utanmamışam, çünki deyəcəyim hər sözü belə düşünüb danışıram.  Çirkin uşaqlığım olubsa bu, mənim günahım deyil. Ezop dediyi kimi şikayətiniz mənədir, yoxsa yaradanıma?"



Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR