İnsanlara hürriyət, millətlərə istiqlal!

Fiziyev erməni rəqiblə qarşılaşa bilər?

574 23.12.2022 15:40 İdman A A

Dünyanın ən reytinqli qarışıq döyüş növləri üzrə təşkilatı olan UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibinin adına hələ də aydınlıq gəlməyib.

Hazırda təmsil olunduğu yüngül çəkidə reytinqə görə, 6-cı olan Rafael Fiziyev çəkinin 3-cü nömrəsi Dastin Qeytjini döyüşə çağırsa da bu nəticəsiz qalıb. Son olaraq yüngül çəki dərəcəsində Rusiyanı təmsil edən erməni əsilli Arman Tsarukyanla Rusiyanın digər üzvü Damir İsmaqulovla üz-üzə gəlib. UFC-də ardıcıl 5 döyüşündə qələbə qazanan Damir İsmaqulov rəqibinə uduzaraq kəmər mübarizəsindən kənarda qalıb. Arman Tsarukyan isə UFC-də ardıcıl 7-ci qələbəsini qazanıb. Rafael Fiziyev isə UFC-də keçirdiyi son 6 görüşünü qələbə ilə başa vurub.

Hazırda UFC-nin yüngül çəkisində reytinq üzrə ilk yerin sahibi sabiq çempion braziliyalı Çarlz Oliveyradır. Çarlız Oliveyraya qalib gələrək çempionluq kəmərini onun əlindən alan rusiyalı İslam Maxaçev növbəti döyüşünə hazırlaşır. Həmin çəkidə çempionluğa iddialı digər döyüşçü son qarşılaşmada Maykl Çendleri məğlub edən amerikalı Dastin Poryedir.

İran əsilli, hazırda ABŞ-ı təmsil edən Beneil Dariuş da İslam Maxaçevin çempion olduğu çəki dərəcəsində əsas favoritlərdəndir.

Rafael Fiziyev Arman Tsarukyan da daxil olmaq şərti ilə bu idmançıların hər biri ilə döyüşə bilər. UFC təşkilatçılarının yaxın günlərdə yüngül çəkidə üz-üzə gələcəkləri cütlüklərin adlarını açıqlayacaqları gözlənilir./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR