İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya Ukraynaya 94 milyon avroluq yardım paketi ayırıb

363 25.08.2023 15:15 Siyasət A A

Finlandiya hökuməti Ukraynaya təxminən 94 milyon avro məbləğində yeni hərbi yardım paketi göndərmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin press-relizində deyilir.

Kiyev bu günə qədər Helsinkidən ümumilikdə 18 yardım paketi alıb ki, onların da ümumi dəyəri təxminən 1,3 milyard avro təşkil edir.

Yeni paketin və çatdırılma planının konkret məzmunu açıqlanmayıb. Bu, yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün edilib.

“Əlavə yardımda həm Ukraynanın ehtiyacları, həm də silahlı qüvvələrin resursları ilə bağlı vəziyyət nəzərə alınıb”, - press-relizdə qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR