İnsanlara hürriyət, millətlərə istiqlal!

“Finlandiya şirkətləri yaxın gələcəkdə Rusiyaya qayıtmayacaqlar” - nazir

303 25.01.2024 14:58 Dünya A A

Finlandiyanın xarici işlər naziri Elina Valtonen fin şirkətlərinin yaxın vaxtlarda Rusiyaya qayıtmayacağını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir bunu RND redaksiya birliyinə müsahibəsində müvafiq suala cavab verərəkən deyib. “Almaniya, Yunanıstan, İtaliya və Avstriya kimi digər ölkələrlə müqayisədə Finlandiya şirkətlərinin Rusiya iqtisadiyyatı ilə əlaqəsi daha azdır. Ukraynadakı müharibənin sonu görünmür və Finlandiya şirkətləri nə gələn ay, nə də gələn il bizneslə məşğul olmaq üçün Rusiyaya qayıtmayacaqlar. Kim bilir bir neçə ildən sonra nə olacaq. Amma yəqin ki, Finlandiya şirkətləri yenidən Rusiyaya qayıdan ilk şirkət olmayacaq”, - nazir vurğulayıb.

Eyni zamanda, Valtonen qeyd edib ki, Finlandiya miqrantların şərq sərhədindən icazəsiz keçməsini Rusiyanın digər məsələlərlə yanaşı, Avropa İttifaqı və NATO-ya qarşı yönəlmiş düşmən hərəkəti kimi qiymətləndirir. Onun sözlərinə görə, buna görə Finlandiya Rusiya Federasiyası ilə bütün sərhədi bağlamalı olub. “Bizim yeni hüquqi həll yollarına ehtiyacımız var, xüsusən də Avropa səviyyəsində”, - o əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR