İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA dünya çempionatının yeni formatını açıqladı

1023 16.12.2022 17:20 İdman A A

FİFA prezidenti Canni İnfantino 2025-ci ildən etibarən klublararası dünya çempionatının formatında dəyişiklik ediləcəyini açıqlayıb.

Qol.az xəbər verir ki, o, bu haqda keçirdiyi mətbuat konfransında bildirib. Qurum rəsmisi qeyd edib ki, 2025-ci ildə kişilər arasında klublar arasında dünya çempionatı yeni formatda keçiriləcək. Turnirdə 32 komanda iştirak edəcək. "Biz bu çempionatı milli komandaların iştirakı ilə keçirilən Dünya Kuboku yarışına bənzətmək istəyirik”, - deyə İnfantino bildirib.

Qeyd edək ki, hazırda klublararası dünya çempionatı cəmi 6 komandanın iştirakı ilə təşkil olunur. Bunlar 5 kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisidir.

FİFA həmçinin müxtəlif futbol konfederasiyalarından dörd komandanın iştirak edəcəyi Dünya Seriyası adlı dostluq turnirinin yaradıldığını da elan edib. Bundan əlavə, FİFA prezidenti qadınlar arasında klublararası dünya çempionatının da keçiriləcəyini deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR