İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA: “Bütün futbol matçları bir dəqiqəlik sükutla başlasın”

474 31.12.2022 01:45 İdman A A

Beynəlxalq Futbol Federasiyası (FİFA) gələn həftənin sonuna qədər bütün futbol matçlarının üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlanması ilə bağlı çağırış edib.

Bu barədə FİFA-nın bütün 211 milli assosiasiyalarına müraciətində deyilir.

“FIFA bütün yarış təşkilatçılarını bu həftə sonu və ondan sonrakı həftə hər futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır”, - deyə FIFA-dan bildirilib.

İngiltərə Premyer Liqası elan edib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları “Futbol Kralı”nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq, bütün oyunçular isə sahəyə qara sarğılarla çıxacaq.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR