İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN Xudatda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

577 17.02.2023 22:51 Hadisə A A

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR