İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail İbrahimli: “İslam dünyasına xəyanət edən ən böyük dövlət elə İranın özüdür”

492 07.04.2023 11:38 Gündəm A A

Milli Məclisin sədr müavini Fəzail İbrahimli parlamentdəki çıxışında İran parlanentində qəbul olunmuç anti-Azərbaycan bəyanata kəskin etirazını bildirib.

O deyib ki, 210 parlament üzvünün qəbul etdiyi bəyanat şər, böhtan, yalan və riyakarlıq üzərində hazırlanıb. Vitse-spiker qeyd etdi ki, İran Azərbaycan səfirliyinin İsraildə açılmasından qəzəblənib: “Məgər müsəlman dövlətlərində İsrail səfirlikləri yoxdurmu, onların İsraillə əlaqələri mövcud deyilmi? Niyə məhz Azərbaycan səfirluyinin açılması İranı bu qədər özündən çxıarıb və parlament səviyyəsində təhqir, şantaj xarakterli bəyanat qəbul olunub?”

F.İbarhimli İranın İslama zidd addımlarından bəhs etdi: “Sənin Ermənistanla münasibətin necədir? Sənin açdığın səfirliklər, konsulluqlar məgər islama zidd deyil? Maska nə vaxt cırıldı? Azərbaycan özünün işğal altındakı ərazilərini azad edəndə. Sən öz parlamentində ədalətsiz, riyakar, anti-Azərbaycan bəyanat qəbul edirsən, sonra da Azərbaycavn parlamentinə müraciət edirsən ki, siz də öz hökumətinizə etirazınızı bildriib. Bəlkə bunlar hesab edirlər ki, bizim düşüncəmiz Azərbaycan parlamentində fikirayrılığı yarada bilər? 44 günlük müharibə bütün dünyaya sübut etdi ki, xalqımız birdir! Buyurun, alın cavabınızı! Azərbaycan dövləti güclüdür, bütövdür. Bu, İranın sinəsini dağlayan bir məqamdır”. F.İbrahimli çıxışını “İslam dünyasına xəyanət edən ən böyük dövlət elə İranın özüdür” , - deyərək qeyd etdi.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR