İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: “Bu, Azərbaycan cümləsi deyil”

1060 24.02.2023 17:19 Siyasət A A

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, qanun layihəsini deputat Kamal Cəfərov təqdim edib.

Deputat Fəzail Ağamalı qanuna dəyişikliklərin mütərəqqi xarakter daşıdığını söyləyib.

F.Ağamalı qeyd edib ki, layihədə ata və ya anadan biri Azərbaycan vətəndaşı olduğu halda, dünyaya yeni gələn uşağa Azərbaycan vətəndaşlığının verilməməsi narahatlıq doğurur. Deputat bu məsələnin qanunvericilik subyekti ilə məsləhətləşmələr aparılmasını və bununla bağlı narahatlığın nəzərə alınmasını xahiş edib.

Fəzail Ağamalı qanun layihəsindən konkret misal gətirərək “Bu, Azərbaycan cümləsi deyil və dilin qaydalarına ziddir” - deyə bildirib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR