İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərlinin anası Ceyhun Bayramova müraciət etdi: "Xahiş edirəm..."

1681 18.07.2023 17:40 Son xəbər A A

İranda casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.

Musavat.com həmin müraciətin mətnini təqdim edir:

"4 aydan çoxdur ki, oğlum Fərid İranda günahsız yerə saxlanılır, hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir. Bu günə kimi Fərid nə Azərbaycan, nə də İran tərəfdən vəkillə təmin olunub. O, cinayətkar olduğuna görə həbs olunsaydı, heç kimə ağız açmazdım, deyərdim zəhmət çəksin cəzasını çəksin. Amma hamı cox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz. Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə və ən nəhayət, avqustda mənim onunla görüşməyimə şərait yaradasınız".

"Son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır. Mən inanıram ki, siz mənim çağırışıma  biganə qalmayacaqsınız", - deyə Dilarə Əsgərova əlavə edib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR