İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Səfərli İran casusuna dəyişdirilə bilər? - Son gəlişmə

2501 18.03.2023 08:32 Gündəm A A

İtkin düşən gəncin yaxınları İranın Azərbaycandakı səfirliyi önündə piket keçirdilər; nəticə olacaqmı?

Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından (martın 4-ü) artıq 2 həftə ötür. Ancaq hələ də ondan xəbər yoxdur.

Məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. Hazırda araşdırmalar nə yerdədir? Fərid Səfərli Bakıda tutulan İran casusu ilə nə vaxtsa mübadilə edilə bilərmi, yoxsa bu yalnız məhkəmə hökmləri qüvvəyə minəndən sonra mümkündür? Tehran F. Səfərli ilə bağlı notamıza niyə cavab vermir?

Yada salaq ki, Fərid Səfərli Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib. Dostları bildirib ki, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlı olub, sosial şəbəkələrdə görünməyib. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən verilən məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur.

Fərid Səfərlinin anası: "İranda sevdiyi qız var imiş. Onunla görüşmək üçün  gedib" - BBC News Azərbaycanca

Qeyd edək ki, martın 17-də Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib. Piket iştirakçıları “Fəridi qaytarın!”, “Biz məlumat istəyirik!”, “”Fəridi azad edin!", “Fəriddən xəbər verin!” kimi şüarlar səsləndiriblər. Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər.

Səfərlinin yaxınları bildirib ki, o, İrana gedəndə dostlarından başqa heç kimə bu barədə xəbər verməyib: “İstədiyi qıza görə ora gedib. Martın əvvəli dostlarına yazıb onlardan bilet almağı xahiş edib. Lakin martın 4-dən onunla bütün əlaqələr kəsilib, telefonu bağlıdır. Fərid haqqında heç bir məlumat verilmir”.

Onun hüquqlarının müdafiə komitəsinin üzvü İlqar Hüseynli deyib ki, Almaniyada həkim işləyən Fərid Səfərlinin anası Dilarə Əsgərova Berlində İran səfirliyində görüş keçirib: “Orada ona bildiriblər ki, məsələ ilə yerli hakimiyyət məşğuldur. Almaniya polisi də araşdırma aparır. Lakin bu qədər cəhdlərimizə baxmayaraq, İran hökumətindən Fərid bəyin sağlıq durumu, harada və hansı vəziyyətdə saxlanması ilə bağlı hər hansı bir məlumat verməyiblər”.

Aksiya iştirakçıları İran hökumətindən Səfərlinin ailəsi ilə ünsiyyət qurmasına şərait yaradılmasını və onun taleyi ilə bağlı geniş məlumat verməsini tələb ediblər. Etiraz aksiyası zamanı hər hansı insident baş verməyib.

Aksiyaya və orada səslənən fikrilərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fərid Səfərlinin İranda itkin düşməsi məlumatları ilə bağlı yerli medianın suallarına cavab vermişdi. “Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir”, - deyə o vurğulamışdı. Bəs görəsən nəticəsi olacaqmı?

Prezident bəzi məmurlara öz yerlərini göstərdi” - Çingiz Qənizadə Yeni Sabah

Sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, üçüncü ölkədən İrana səfər etmiş Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsi narahatlıq doğuran məsələdir: “Artıq Azərbaycan da öz vətəndaşına sahib çıxmaq məqsədilə İrana nota verib ki, onun taleyilə bağlı məlumat verilsin. Çünki uzun müddətdir ki, telefonlara cavab verilmədiyi, əlaqə saxlanılmadığı ilə bağlı artıq müraciət edib. Normal diplomatik münasibətlər, qonşuluq əlaqələri olan ölkələrdə dərhal həmin adamın tapılması, üzə çıxması üçün kömək göstərilməli idi. Amma İran bunu etməyib. İran bizim səfirliyimizə qarşı törətdiyi, beynəlxalq konvensiyalara və beynəlxalq hüquqa, insanlığa zidd hərəkətdən sonra heç ümid də etmirdik ki, vətəndaşımızın sorğusuna cavab versin. Çünki oradakı vəhşiliklər, diplomatik qaydaların, qanunların pozulması ilə təzahür olunan, terrorçuya silah verən, terrorçunun yanında dayanaraq bir ölkənin səfirliyinə hücum etməsinə imkan yaradan bir ölkənin, təbii ki, yenə də sıravi Azərbaycan vətəndaşı üçün laqeyd qalacağı gözləniləndi. Amma bu təbii ki, bütün əndazələri aşır, qonşuluq, digər münasibətləri pozur. Mən buna artıq dostluq deyə bilmirəm”.

Hüquq müdafiəçisi Fəridin buradakı hansısa İran casusu ilə dəyişdirilməsi məsələsinə də münasibət bildirdi:  “Qanunda və hüquqda belə bir şey yoxdur. Çünki İranda itkin düşüb, yoxa çıxıb, hələ bilmirik ki, onun başına nələr gəlib, necə olub ki, ona o cür qiymət verək. Azərbaycan vətəndaşı barəsində cinayət işi yoxdur, məhkəmə hökmü yoxdur. Ölkələr arasında, xüsusilə İranla Azərbaycan arasında uzun illərdi məhkumların dəyişdirilməsi ilə bağlı müəyyən razılaşma var və biz Azərbaycanda həbs edilən, barəsində hökm çıxan İran İslam Respublikası vətəndaşlarının sonradan İrana verilməsində müsbət addımlar atırdıq. Düzdür, onların böyük əksəriyyəti narkotik maddələrin daşınması ilə bağlı bizdə həbsdə idilər. Biz onları İrana təhvil verdikdən sonra İran da onları yenidən bir neçə ay sonra azadlığa buraxırdı. Hətta Azərbaycanda ikinci dəfə həbs olunanlar da var idi. Amma bizim vətəndaşımız sadəcə, oğurlanıb və sonradan İrana xidmət edən hansısa şəxslərlə dəyişdirilməsi məsələsi qanunaziddir. Azərbaycan dövləti də heç buna getməz. Əgər bizim vətəndaş orada cinayət törətsəydi və məhkəmə hökmü olsaydı, onda bağlı qapılar arxasında bir razılaşma olardı. Yaxud bunlar hərbi əsir deyillər.

Misal üçün, Ukrayna ilə Rusiya arasında müharibədə hərbi əsirlər var, mütəmadi dəyişdirmə prosesləri gedir. Ona görə də bizim soydaşımızın İran tərəfindən dəyişdirilməsi təklifi beynəlxalq hüquqa zidd olardı. Düzdür, İran beynəlxalq hüquq başa düşmür, amma bütün hallarda bu cür bir təklifin olması təkcə Azərbaycan yox, bir çox dövlətlər tərəfindən hiddətlə qarşılanırdı ki, vətəndaşı oğurlayırlar, sonra da onun dəyişdirilməsi üçün təklif edirlər. Amma İrandan hər şey gözləmək olar..."   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR