İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Şahbazlı Azərbaycanın antiterror tədbirləri haqqında Türkiyə mediasına məlumat verib FOTO

535 22.09.2023 18:06 Gündəm A A

Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qanunsuz hərbi birləşmələri və silahlı separatçı qüvvələrə qarşı həyata keçirtdiyi 24 saatlıq antiterror tədbirləri bütün dünya mediası ilə yanaşı, qardaş Türkiyə KİV-lərinin də diqqət mərkəzində olub.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı 24 saatlıq antiterror tədbirləri ilə bağlı Türkiyənin A Haber, TGRT Haber, Akit TV, Kanal 24, TV NET Televiziyalarının canlı efirləri və “Haberler.com”, “Ensonhaber.com” xəbər agentliklərində dəfələrlə çıxıb edib.

Fərid Şahbazlı çıxışlarında Ermənistanın bölgədə uzun müddətdir həyata keçirtdiyi təxribatçı siyasət, eyni zamanda antiterror tədbirlərini zəruri edən səbəblər haqqında Türkiyə ictimaiyyətinə geniş məlumat verib.

İGİB sədri çıxışlarında Azərbaycanın Qarabağ bölgəsindəki Xankəndi şəhərində qanunsuz erməni silahlı birləşmələri və separatçı hərbi birliklərin Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid edən fəaliyyətlə məşğul olduğunu diqqət çatdırıb.

O qeyd edib ki, Ermənistanın Azərbaycanın Qarabağ ərazisində terror məqsədli mina təxribatları nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı həyatını itirib.

Fərid Şahbazlı eyni zamanda, türkiyəli KİV təmsilçilərinin suallarını geniş şəkildə cavablandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR