İnsanlara hürriyət, millətlərə istiqlal!

Feminizm Rusiyada ekstremist ideologiya sayılacaq

335 04.04.2023 19:32 Son xəbər A A

Rusiya Dövlət Dumasında feminizmi ekstremist ideologiya kimi tanıyacaq qanun layihəsi hazırlanır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu təkliflə Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları komitəsinin sədr müavini Oleq Matveyçev çıxış edib. Onun sözlərinə görə, demək olar ki, bütün feminist fikir liderləri Rusiyanı tərk edərək Ukraynadakı müharibəyə mənfi reaksiya veriblər.

“Qərbdəki feministlərin hamısı Putinə, Rusiyaya qarşı və müharibə tərəfdarıdır. Ukraynadakı feministlər deyirdilər ki, əsl feminizm qadınların ruslara qarşı kişilərlə bərabər xidmət etməsidir. Bizim feministlər sadəcə olaraq Qərbin agentləridir. Onlar ənənəvi dəyərlərin məhvi ilə məşğuldurlar, fəaliyyətləri prezidentin ənənəvi dəyərlərin dəstəklənməsi haqqında sərəncamına ziddir. Onlar boşanma, uşaqsızlıq, abort uğrunda çıxış edirlər. Onlar Rusiya Federasiyasının demoqrafik siyasətinə zidd hərəkət edirlər”, - deyə deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR