İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Onlar orda qəbiristanlıq yarada bildilər, amma məktəb...”

576 09.06.2023 11:57 Siyasət A A

Deputat Fazil Mustafa Milli Məclisin iclasında Türkiyədəki naxçıvanlılarla bağlı vacib bir mövzuya diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, bizim bir sıra sahələrdə Türkiyə ilə yüksək səviyyədə hərtərəfli münasibətlərimiz var, bəzi sahələrdə isə çözə bilmədiyimiz problemlər mövcuddur.

Fazil Mustafa qeyd edib ki, vaxtilə sosial vəziyyətin ağırlığına görə Türkiyəyə köçüblər, 20-30 ildir orada yaşayırlar. “Onlar orda qəbiristanlıq yarada bildilər, amma məktəb yarada bilmədilər. Çoxsaylı naxçıvanlını taleyin ümidinə buraxdıq” - deputat əlavə edib.

Fazil Mustafa bildirib ki, Türkiyədə xeyli sayda tibb sahəsinin azərbaycanlı məzunu var.

Deputatın sözlərinə görə, bizim məzunlar savadlı, hazırlıqlı olduğuna görə uzmanlı üçün tələb olunan balı toplayırlar. Ancaq onlar işlədiyi yerlərdə türkiyəli mütəxəssislərin aldığı əmək haqqının dörddə birini alırlar.

Fazil Mustafa əlavə edib ki, azərbaycanlı mütəxəssislər Türkiyədəki səhiyyə ocaqlarına eyni töhfəni versələr də, türkiyəli mütəxəssislərlə müqayisədə çox aşağı miqdarda əmək haqqı alırlar ki, bu məsələnin çözülməsi lazımdır.

E.Paşasoy,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR