İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa kitab yazdı -"Dirilən adamın düşüncələri"

1082 28.04.2023 22:29 Son xəbər A A

Milli məclisin deputatı Fazil Mustafa yeni kitab yazıb. 

Musavat.com xəbər verir ki, bu barədə millət vəkili öz şəxsi Facebook profilində məlumat paylaşıb. 

Fazil Mustafa yazıb: "Artıq yeni kitabımı "Qanun" nəşriyyatına təqdim etdim. Düşüncələrin yenidən çək- çevir edilməsinə yardım edəcək bu kitabın şərti adı "Dirilən adamın düşüncələri"  olacaq. Xəstəxanada və evdə müalicə prosesində işləyib tamamladım. Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz sahibinə çevrildiyi, ictimai rəyin boğazına kəndir keçirdiyi məmləkətimizdə doğru düşüncəni israrla yaymalıyıq, çatdırmalıyıq. Çox yazmalıyıq, çox anlatmalıyıq. Əks halda bu cəmiyyət, bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə tədricən təslim olacaqdır..."

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR