İnsanlara hürriyət, millətlərə istiqlal!

Fahişəliyə görə cəzanın ləğvi təklifinə görə fikirlər haçalandı - rəylər

1797 31.10.2023 08:13 Gündəm A A

Hüquqşünas: “İnsan alveri deyilsə, birinin vəziyyətindən sui-istifadə edib başqası pul qazanmırsa, icazə verilməlidir”

Milli Məclisdə fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklifi neçə gündür ki, müzakirələrə səbəb olub. Bu təklifi dəstəkləyənlər də oldu, əleyhinə çıxanlar da.

Belə ki, bu təklif 25 oktyabrda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb. Hesabatda qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması və fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif olunub.

Milli Məclisin deputatı Tahir Kərimli isə fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklifinin əleyhinə olduğunu bildirib. Bu barədə o, Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı danışıb: “Fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklif edilir. Bunun qəti əleyhinəyəm. Ona görə ki, bu, başqalarını da şirnikləşdirər. Bizim Azərbaycan qadınının xanım-xatın statusuna böyük xələl gətirər”, - deputat əlavə edib.

Ermənistan cəzalandırılacaq (Əfsər Sadıqov, Hasan Oktay) - ARB24 (Gündəm) -  YouTube

Əfsər Sadıqov

Beynəlxalq hüquq üzrə ekspert Əfsər Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, qanunvericilikdə fahişəliklə bağlı məsuliyyət yoxdur: “Kim istəyər kimləsə münasibət qura bilər, elə bir maddə yoxdur. O yanlış açıqlamadır. Amma o yerlərin saxlanması ilə bağlı ola bilər. Fahişəliyə cəlb etmə ilə bağlı cəza var, onların məsuliyyəti var. Amma şəxs özü bu işlə məşğuldursa, kim onun qarşısını ala bilər ki. İkincisi də, biri deyəcək ki, maddi təminatı yoxdur, zəhmət çəkin məni işlə təmin edin, o yola getməyim. Bunun qarşısını almaq mümkün deyil. O sovet qanunvericiliyində var idi, indi yoxdur”.

Ekspert əlavə edib ki, Avropada fahişəliklə bağlı belə norma yoxdur: “Düzdür, orada dövlət qeydiyyata alır. Burada problem nədir? Fahişəxanaların saxlanması zamanı burada həkim müayinəsindən, zöhrəvi xəstəliklərin yayılmamasından söhbət gedir. Bu ölü normadır, əslində hansısa şəxslər üçün pul qazanmaq üçün yerdir.

Dövlət fahişəxanaları qeydiyyata almalıdır, bundan sonra fəaliyyət göstərməlidir. Dövlət bunu tənzimləyəcək, bu, müəyyən sayda olmalıdır. Ümumiyyətlə, qeyri-rəsmi bu işlə məşğul olanlar var. Bu, qeydiyyata alınmalıdır. Həm dövlət nəzarətində olan xəstəliklərin qarşısı alınacaq, ikincisi də nikahda olmayan insanlar var ki, onların da ehtiyacları təmin olunmalıdır, haqlarıdır da. Bunu qadağan edə bilməzlər. Bu, dövlətin nəzarətinə keçərsə, vergiyə cəlb olunacaqlar.

Bəzən hökumətin marağında olmur, bu qadınlar niyə o yola düşüb. Deməli, ehtiyacı var. Bunu təmin etmək lazımdır ki, o yola düşməsinlər. Yəni bir məsələ ilə bağlı mübarizə apararkən bunun ən vacib sosial-iqtisadi tərəfi ilk gəlir, sonra hüquqi tərəfi gəlir".

Ə.Sadıqov əlavə edib ki, bir çox ölkələrdə bu məsələ dövlətin nəzarətindədir: “Yalnız Avropada deyil, bütün ölkələrdə, hətta İranda da belədir. Misal üçün, İranda müəyyən ərazilər var, gənclər ora taksi sifariş edib gedirlər. Düzdür, bu, İranda qeyri-leqaldır. Hələ bu, İslam ölkəsidir, amma orada da var. Avropa ölkələrində lisenziya qaydasında həyata keçirilir. Hollandiyada "qırmızı küçə" filan adları da var. Əslində orada insan hüquqlarının realizəsi sayılır. Yəni əgər insan alveri deyilsə, birinin o vəziyyətindən sui-istifadə edib başqası pul qazanmırsa, icazə verilir. Digərləri pul qazanırsa, insan alveridir. Bizdə də qadağa bu istiqamətdə olmalıdır. Birinin bədənindən istifadə edərək pul qazanmaq qadağandır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR