İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazçılar İrəvanın baş meydanını bağlayıb - FOTO

674 20.05.2023 20:14 Region A A

Müharibədə ölən hərbçilərin valideynləri İrəvanda Respublika meydanını bağlayıb və bununla da nəqliyyatın hərəkəti dayandırılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, etirazçılar Əmiryan və Nalbandyan küçələrini bağlayıblar. Bundan əvvəl polislə qarşıdurma yaransa da, etirazçılar mərkəzi prospektlə irəliləməyi bacarıblar. Paralel olaraq Nazirlər Kabinetinin binası qarşısında oturaq aksiya elan olunub.

Qeyd edək ki, mayın 20-də İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi hakim Jora Çiçoyanın sədrliyi ilə müharibədə həlak olan əsgər Jora Martirosyanın anası Qayane Akopyanın həbsi barədə qərar qəbul edib. Onun tərəfdarları əsgərin anasının dərhal azadlığa buraxılmasını tələb edərək etiraz aksiyası keçirirlər. Qayane Akopyan Ermənistan baş nazirinin oğlunu qaçırmağa cəhddə şübhəli bilinir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR