İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazçılar hakimiyyətə bir saat vaxt verdi - Ermənistanda XAOS

1423 21.04.2023 14:50 Region A A

Göyçə bölgəsinin Azad kəndində baş verən yanğında həlak olan hərbçilərin valideynləri İrəvanın mərkəzi küçələrindən birini bağlayıb, nəqliyyatın hərəkətini iflic ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlar baş nazir və müdafiə naziri ilə görüşməkdə israrlı olduqlarını bildiriblər.

Polisin müdaxiləsindən sonra yolu açan etirazçılar yenidən Ermənistan hökumətinin binasının qarşısına toplaşıblar.

Piket iştirakçılarının tələbi olduğu kimi qalır: onlar Nazirlər Kabinetinin və Müdafiə Mazirliyinin rəhbəri ilə görüş tələb edirlər.

Ölənlərin yaxınları soba yandırmaq üçün benzin işlətdiyi iddia edilən kapitanın ehtiyatsızlığı nəticəsində 15 əsgərin yanması ilə bağlı rəsmi qurumların açıqlaması ilə razılaşmır.

Əsgərlərin qohumları və yaxınları hakimiyyət təmsilçiləri ilə görüşmək üçün bir saat vaxt veriblər, əks halda Tiqran Mets prospektinin Respublika meydanı ilə kəsişməsindəki hissəsini bağlamaq niyyətindədirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR